​Daxili İşlər naziri üç vəzifəlini işdən çıxardı

Baxış sayı:
7339

Göygöl Rayon Polis Şöbəsində üç nəfər işdən azad edilib. Muxalifet.az-ın məlumatına əsasən, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Cavad Səfərəliyev, cinayət-axtarış bölməsinin rəisi Yasin İsmayılov, Sarısu Polis Bölməsinin rəisi Elşən Quliyev işdən çıxarılıb və sərəncama götürülüb. Onların yerinə hələlik təyinat yoxdur.