Davutoğlu Babacanın 'yeni partiya'sında olmayacaq

Baxış sayı:
5056

Türkiyənin 11-ci prezidenti Abdullah Gül ilə birlikdə yeni partiya qurma hazırlıqlarını davam etdirən keçmiş baş nazirin müavini və Xarici İşlər naziri Əli Babacan, qurucusu olduğu AK Partiyadan 18 il sonra istefa verdi. Babacan istefasını bəyan etdiyi mətndə yeni partiya hazırlıqları ilə bağlı ilk rəsmi açıqlamasını ictimaiyyət ilə paylaşdı. Babacana yaxın qaynaqlar Əli Babacan liderliyində qurulacaq yeni partiyayla əlaqədar açıqlama verərək "Partiya işlərimizdə artıq sona gəlindi. 11-ci prezidentimiz Abdullah Gül partiyamızda ‘böyük qardaş' mövqeyində olacaq. Partiyamızda hər siyasi fikirdən şəxslər olacaq. İYİ Partiya, CHP, MHP, AK Partiya, Səadət Partiyasından gələnlər olacaq. Yeni istefa verəcəklər mətbuata açıqlama etməyəcəklər, səssiz, sədasız üzvü olduqları partiyadan üzvlüklərinə xitam verəcəklər" deyib. Oktyabr ayında Daxili İşlər Nazirliyinə rəsmi müraciətin ediləcəyini ifadə edən qaynaqlar, "Partiya nizamnaməsi və partiya proqramı ilə bağlı işlər tamamlanmaq üzrədir və Əli Babacan bu ayın sonunda bunu bəyan edəcək. Sonra təkrar bir araya gəlinəcək və son müşavirələr ediləcək. Bu anda qurucu təşkilat üzvləri üzərində də çalışılır, yığıncaqlar edilir, dəvətlər və görüşlər reallaşır. Bu yığıncaqlardan sonra oktyabr ayında partiyanın rəsmi müraciəti Daxili İşlər Nazirliyinə veriləcək" deyib. Əhməd Davutoğlu bizimlə yoxdur Yeni Partiyada keçmiş baş nazir Əhməd Davutoğlunun iştirak etmədiyini ifadə edən qaynaqlar, "Əli Babacanın Əhməd müəllimə(Əhməd Davutoğlu) hörməti var, lakin siyasət tərzləri fərqli olduğu üçün birlikdə hərəkət edə bilmirlər" deyib. Müxalifət.az