​Davudoğlunun quracağı partiyanın loqosu bəlli oldu

Baxış sayı:
7177

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun 16 dekabr 2019-cu ildə qurmağı planladığı partiyasının loqosu bəlli olub. Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, loqo olaraq günəş simvolundan istifadə olunub. Partiyanın adı ilə də bağlı 2-3 alternativ fikir üzərində müzakirələr gedir. Daxili İşlər Nazirliyinə partiyanın qurulması ilə əlaqədar olaraq rəsmi müraciət göndərilənə kimi ad dəqiqləşdiriləcək. Qeyd edək ki, partiyaya mənsub təşkilatların isə 50-ə yaxın şəhərdə qurulması gözlənilir.