Davudoğlunun istefa çıxışı Türkiyə TV-lərində yayımlanmadı

Baxış sayı:
4806

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun istefa çıxışının ölkənin aparıcı kanalları tərəfindən yayımlanmaması ağır tənqidlərə səbəb olub.
Muxalifet.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Davudoğlu mətbuat konfransı keçirərək AKP-dən istefa etdiyini açıqlayıb. Həmin çıxış TELE1, Halk Tv və KRT kanallarından başqa heç bir televiziya kanalında yayımlanmayıb.
Qeyd edək ki, adlarını çəkdiyimiz həmin TV-lər Türkiyədə kifayət qədər izləyicisi olan kanallar deyil. CNN Türk, NTV və HaberTürk kimi xəbər kanallarının istefanı yayımlamaması sosial şəbəkələrdə sərt şəkildə tənqidə məruz qalıb. Həmin xəbər kanalları ölkədə hər hansı açıqlama, çıxış  və bənzəri hadisələri daim canlı yayımlayırlar. Ancaq, ölkənin baş naziri olmuş və Türkiyə siyasətində önəmli yer tutan Ə.Davudoğlunun istefa çıxışının yayımlanmaması izləyiciləri təəccübləndirib. Hətta bəhs edilən xəbər kanalları öz internet saytlarına həmin xəbəri hakimiyyətə yaxın Anadolu Agentliyindən sonra yerləşdiriblər.
Xatırladaq ki, Əhməd Davudoğlu yeni partiya quracağı xəbərləri çıxdıqdan sonra müxətlif səbəblər göstərilərək AKP-dən ixrac edilməsi üçün intizam komitəsinə göndərilmişdi. Partiyadan xaric qərarının çıxacağı gün Davudoğlu mətbuat konfransı keçirərək AKP-dən istefa etdiyini bildirmişdi.