Davudoğlu Ərdoğanı şantaj edir - Ərbakan

Baxış sayı:
12928

Əhməd Davudoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı şantaj edir. Bu sözləri Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan deyib. “İllərlə AKP hökumətlərində nazir və baş nazir olmuş, uzun zamandır yeni bir partiya yaratmaq üçün cəsarətini toplamağa çalışan bəzi siyasətçilər son günlərdə həmin dövrə dair bildiklərini ictimaiyyətə açıqlayacağını söyləyərək, cənab Ərdoğanı və iqtidarı təhdid edir, çirkli sənədlər üzərindən cənab Ərdoğan və siyasi iqtidarı şantaj edir. Belə bir davranış keçmiş baş nazir və keçmiş nazirlərə yaraşarmı?”, - Ərbakan bildirib./Axar.az