Davudoğlu istefasından danışdı: AKP nüfuzunu itirir

Ədalət və İnkişaf Partiyası (AKP) öz nüfuzunu sürətlə itirir.
 
Bu sözləri Əhməd Davudoğlu istefaya getməyinə səbəb olan "Pelikan dosyesi” ilə bağlı açıqlamasında deyib.
"Pelikan dosyesi adında bir hadisəyə şahid olduq. Təəssüf ki, partiyada bir çox ada qarşı bu edildi. Diyanət İşləri başçısı Məhməd Görməzə qarşı münasibət də buna bənzər bir hadisədir. Bizi ən çox üzən isə dostlarımızın mövzu ilə bağlı susmağıdır", - deyə bildirib.
Qeyd edək ki, “Pelikan dosyesi” Türkiyədə siyasi böhranın yaranmasına səbəb olan bloqdur. 1 may 2016-cı ildə bu bloqda Türkiyənin o zamankı Baş naziri Əhməd Davudoğlunun Prezident Rəcəb Tayyib Ərdoğana xəyanət etməsi haqqında informasiya yerləşdirilib. Böyük rezonansa səbəb olan yazı 22 mayda Davudoğlunun gözlənilmədən istefaya getməsinə səbəb olub.