Davud Əliyev Azərbaycan və Türkiyə prezidentlərindən kömək istəyir: “Qızlarımı əlimdən alıb xristian ediblər”

Baxış sayı:
772

Azərbaycan vətəndaşı, 42 yaşlı Davud Əliyev Almaniyada Köln Gənclik İdarəsi tərəfindən 7 il əvvəl əlindən alınan qızlarını xristina çevirdiklərini bildirir.
 
Almaniyaya mühacirət edən Əliyev 7 il əvvəl arvadından boşandığını, məhkəmə tərəfindən uşaqlarını böyütmək üçün ona vəkalət verildiyini deyir. Ancaq keçmiş arvadının şikayəti əsasında Köln Gənclik Dairəsi onun hazırda 10 və 12 yaşlarında olan qızlarını əlindən alıb.
“Dörd il qızlarımı mənə göstərmədilər. Sonradan eşitdim ki, onları xristiana çeviriblər, dinlərini dəyişdiriblər. Xahiş edirəm mənə kömək etsinlər. Azərbaycan və Türkiyə prezidentlərindən xahiş edirəm bu məsələdə mənə yardım etsin”-Davud Əliyev bildirir.
Əliyev deyir ki qızlarını hazırda həftədə ancaq 3 saat görə bilir. “Böyük qızımla danışanda bir heykəl vardı, əyildi, xaç işarəsi çevirdi. Soruşdum ki, bunu niyə edirsən. Dedi onlara bunu öyrədiblər, kilsəyə aparıblar, biz bu dinə inanırıq dedi. Yəni müsəlman uşaqlarını xristian ediblər”-deyə o bildirir.