Davosda rusiyalı casuslar saxlanıldı - İSVEÇRƏ MƏTBUATI

Baxış sayı:
480

Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda casus olduğu güman edilən 2 Rusiya vətəndaşı saxlanılıb.

Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu İsveçrənin gündəlik “Tages-Anzeiger” qəzeti yazıb. 

Nəşrin məlumatına görə, 2019-cu ilin avqust ayında casus olduğu güman edilən 2 rusiyalı Ümumdünya İqtisadi Forumuna hazırlıq işlərini izləməkdə şübhəli bilinib. Onlardan biri saxlanılarkən özünü santexnik kimi təqdim etsə də, onların üzərində diplomatik pasport aşkar edilib. Amma hüquq-mühafizə orqanları onları həbs etməyib, nəticədə rusiyalı casuslar İsveçrəni tərk ediblər.

Məqalədə qeyd olunub ki, rusiyalı casusların hədəfləri arasında foruma dəvət olunan Kremlin tənqidçisi, “Hermitage Capital” Fondunun qurucusu Vilyam Brauder ola bilərdi.