​““David Qareci” mübahisəli yox, açıq qalmış məsələdir" – GÜRCÜ NAZİR

Baxış sayı:
395

Muxalifet.az “Qruzinform”-a istinadən xəbər verir ki,  Gürcüstanın XİN rəhbəri David Zalkaliani “Keşikçi Dağ” məbədi ilə bağlı açıqlama verib.
""David Qareci” mübahisəli yox, açıq qalmış məsələdir, çünki bizim strateji partnyorumuz olan Azərbaycanla mübahisəli məsələmiz yoxdur" – deyən nazir bildirib ki, bu məsələni açıq qalması delimitasiya-demarkasiya ilə bağlıdır:
“Bu, çox ağır Sovet irsidir və təəssüf ki, uzun illər ərzində bu irs öz həllini tapa bilmədi. Bilirsiniz ki, delimitasiya-demarkasiya komissiyasının fəaliyyəti məhdud idi və biz həm Azərbaycanla, həm də Ermənistanla bu işləri görəcək komissiyaların tərkibini yenilədik. Komissiyanın yeni sədri var və biz artıq işə başlamışıq. Bakıda ilk görüş keçirildi. İlk görüşdən sonra ekspertlər səviyyəsində görüşlər keçirilmiş, praktiki nöqteyi-nəzərdən, yerindəcə gediş və vəziyyəti öyrənmək baxımından əməli  addımlar atılmışdır.
Hər iki istiqamət üzrə sərhədin təxminən 66-67%-i razılaşdırılıb, təxminən, 30 % açıq qalır. Zənnimcə, biz bu məsələdə xüsusi ehtiyatlılıq göstərməliyik. Əsas odur ki, biz dövlət maraqlarımızdan, strateji tərəfdaşlığımızdan və maraqlarımızdan çıxış edərək, deeskalasiyaya və vəziyyətin tənzimlənməsinə doğru gedək", - deyə David Zalkaliani bildirib.
Muxalifet.az