​Daşqınlarda ölənlərin sayı 62 nəfər çatdı

Baxış sayı:
14383

İranda güclü yağışlar nəticəsində başlayan daşqınlarda ölənlərin sayı 62 nəfər çatıb.
 
Muxalifet.az trend-ə istinadən bildirir ki, bu barədə Məhkəmə Tibbi Təşkilatının nümayəndəsi Mehrdad Əli Bəxşi bildirib. Daha əvvəl 57 nəfərin öldüyü, 478 nəfərin isə xəsarət aldığı bildirilirdi.
 
Ə.Bəxşi deyib: "İndiyədək məhkəmə tibbi mərkəzlərinə daşqınlar nəticəsində həlak olan 62 nəfərin cəsədi gətirilib".
 
Xatırladaq ki, 10 gündən artıqdır İranda davam edən güclü yağıntılar daşqınlara səbəb olub. Bəzi şəhər və kəndlər su altında qalıb. Gülüstan vilayətinin Gümüşan və Siminşəhr şəhərləri boşaldılıb.