​Daşnaklar Sərkisyana qarşı: Bir daha belə ittifaq olmayacaq

Baxış sayı:
6814

Biz səsimizin həlledici olmayacağı siyasi koalisiya formalaşdırmayacağıq.
Bunu jurnalistlərə açıqlamasında Daşnaksütyun Partiyasının parlament fraksiyasının rəhbəri Armen Rüstəmyan deyib.
“Biz Daşnaksütyun Partiyası olmadan qərarların qəbul edildiyi koalisiyalara bir daha daxil olmayacağıq. Bu bizim keçdiyimiz yolun əsas dəyərləndirməsidir. Məhz bu səbəb ucbatından biz qarşıya qoyulan hədəflərimizə çata bilmədik, amma artıq belə şey olmayacaq”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Daşnaksütyun Partiyası Respublikaçılar Partiyasıyla koalisiya hökuməti yaradıb. Respublikaçıların hakimiyyətdən getməsinə qarşı olan daşnaklar indiyə qədər bu qərarın onların iştirakı olmadan verildiyini iddia edirlər./Axar.az/