​Daşkəsəndəki dəhşətli yanğınla bağlı cinayət işi açıldı

Baxış sayı:
256

Daşkəsən rayonunda beş nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi açılıb.
Muxalifet.az-ın Report-a istinadən məlumatına görə, noyabrın 14-də gecə saatlarında rayonun Quşçu kəndində beş nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və daha çox adam öldürmə) və 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.
Xatırladaq ki, Quşçu kənd sakini, 1977-ci il təvəllüdlü Pənah Cəmil oğlu Tağıyeva məxsus ümumi sahəsi 150 kvadratmetr olan fərdi yaşayış evində baş vermiş yanğın zamanı ev sahibinin gəlini, 1990-cı il təvəllüdlü Sevinc Şahin qızı Tağıyeva və onun övladları - səkkiz yaşlı Aysun, altı yaşlı Sakit və bir yaşlı Sadiq həmçinin ev sahibinin qız nəvəsi 11 yaşlı Günel Qoşqar qızı Ədilxanova yanaraq ölüblər.