​Daşkənddə gəlinlərin paradı keçirildi - FOTOLAR

Baxış sayı:
2473

Daşkənddə birinci beynəlxalq landşaft sənəti festivalı çərçivəsində gəlinlərin paradı keçirilib.

Təxminən 100-dən çox gəlin rəqs edə-edə paytaxtın mərkəzi küçələrindən keçib.
Festival çərçivəsində landşaft və dekorativ bitkilərin sərgisi, gəlinlərin paradı, landşaft dizaynerlərinin və memarlarının işləri, floristika, bağ mebeli, tətbiqi incəsənət sərgisi və digər tədbirlər keçirilib.
Paytaxt sakinləri gəlinlərin paradına daha çox maraq göstərib./azərtac