Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yenilik - ÇIXARIŞ ALMAQ ASANLAŞIR

Baxış sayı:
5983

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir layihəyə start verir.

Muxalifet.az bildirir ki, bu barədə "Report”a Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.

Onun sözlərinə görə, bundan sonra ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətindən (DƏDRX) çıxarış almaq üçün arxiv sənədləri onlayn rejimdə əldə ediləcək.

Başqa sözlə, vətəndaşlar DƏDRX-in ərazi idarələrinə təqdim etdikləri sənədlərin arxiv əsasının olduğunu sübut etmək üçün Milli Arxiv İdarəsinə (MAİ) getməli olmayacaqlar. Bu məqsədlə sabah ƏMDK və MAİ arasında memorandum imzalanacaq.