Dariqa Nazarbayeva Paşinyanla görüşdü

Baxış sayı:
4531

Qazaxıstan Senatının sədri Dariqa Nazarbayeva Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Virtualaz.org bildirir ki, bu barədə tengrinews.kz saytı xəbər yayıb.

Bildirilir ki, görüş Dariqa Nazarbayevanın Ermənistana rəsmi səfəri çərçivəsində baş tutub.

Tərəflər ikitərəfli əlaqələrin inkişafını, ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsini və mədəni-humanitar sahələrdə qarşılıqlı əlaqələri müzakirə ediblər.

D.Nazarbayeva qarşılıqlı ticarətin artırılmasının, ticarətin strukturunun genişləndirilməsinin və şaxələndirilməsinin zəruriliyini qeyd edib. Vurğulanıb ki, 2018-ci ilin sonunda Qazaxıstan və Ermənistan arasında xarici ticarət dövriyyəsi 33,9 faizdən çox artıb.

“Bu, əmtəə dövriyyəsinin böyüməsi perspektivlərindən xəbər verir, gələcəkdə qarşılıqlı ticarətin artması üçün əhəmiyyətli bir zəmin yaradır. Ermənistan bazarı Qazaxıstan məhsullarının ixracı üçün maraq doğurur. Biz mühəndislik, metallurgiya, qida sənayesi, tikinti materialları və kimya məhsulları kimi sahələrdə ixrac çeşidini genişləndirməyə hazırıq”,-deyə Qazaxıstan Senatının sədri bildirib.