"Danışıqlara hazırıq. Döyüşə hazır olduğumuz kimi...” - Paşinyan

Baxış sayı:
4981

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. FaktXəbər bildirir ki, bu barədə "Panarmenian" saytı məlumat yayıb.

Paşinyan Qarabağda keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanla sülh danışıqlarına hazırdır: "Heç bir şübhə yoxdur ki, silahlı qüvvələrimiz təmas xəttində vəziyyətə tam nəzarət edir. Amma bu o demək deyil ki, biz müharibə istəyirik. Biz danışıqlara hazırıq, döyüşə hazır olduğumuz kimi"