Danışıqlar Dağlıq Qarabağ düyününü çözəcəkmi? – ERMƏNİ EKSPERTDƏN AÇIQLAMA

Baxış sayı:
365

İndiki gərgin vəziyyətdə həmsədrlərin regional səfərindən, demək olar ki, böyük gözləntilər yox idi. Lakin onların səfəri başqa kifayət qədər həyəcanlı məqamı ortaya  çıxarıb.

Muxalifet.az xəbər verir ki, bu barədə söhbətdə Tert.am "Ayatsk" analitik mərkəzinin (Baxış) eksperti Ermine Mxitaryan ATƏT-in Minsk Qrupu həmsədrlərinin regional səfərinə və onların bu səfərin yekunlarına dair birgə bəyanatlarına toxunub.
"Həmsədrlərin regiona səfəri kifayət qədər gərgin şəraitdə keçib. Bir tərəfdən, ümumi regional hadisələr, digər tərəfdən, Ermənistan-Azərbaycan, Qarabağ-Azərbaycan sərhədlərində gərginləşmə halları və nəhayət, tərəflərin sərt ritorikası. İrəvan bildirir: "Qarabağ Ermənistandır və nöqtə", Bakı isə cavab verir: "Qarabağ Azərbaycandır  və nida". Belə bir vəziyyətdə həmsədrlərin səfərindən böyük gözləntilər yox idi", - deyə o, bildirib.
Lakin onun sözlərinə görə, həmsədrlərin səfəri başqa çox maraqlı və həyəcanlı məqam ortraya qoyub .
"Əvvəlki regional səfərlərdə olduğu kimi, bu səfər zamanı da həmsədrlər Bakıda"Qarabağ Azərbaycanlı İcması" nın nümayəndələri ilə görüşüblər. Həmsədrlər bu Azərbaycan birliyi ilə keçmişdə də görüşsələr də, xüsusilə 2018-ci ilin may ayından bu görüşlər mütəmadi və daha çox qurumsal  xarakter alır", - deyə o bildirib.
Ekspert bildirib ki, əgər 2018-ci ilin noyabrında həmsədrlər bu görüşü "münaqişədən zərər çəkmiş azərbaycanlı icmalarla görüş" kimi təqdim edirdilərsə, bu gün onlar artıq onu "Qarabağ Azərbaycanlı İcmasının rəhbəri ilə görüş"kimi təqdim edirlər.
"Mahiyyətcə, 2018-ci ilin may ayından etibarən həmsədrlər regional səfərləri zamanı yalnız bir dəfə 2019-cu ilin fevralında Xankəndinə baş çəkməyiblər. Bu səfər zamanı "Qarabağın azərbaycanlı icması"ilə görüş olmayıb.
Bütün digər hallarda Xankəndində "Qondarma Qarabağ hakimiyyəti"ilə   görüşdən sonra həmsədrlər Bakıda Azərbaycan icması ilə görüşüblər.
Bu, narahatedici tendensiyadır və biz onu danışıqlar prosesinin istənilən digər dövrü ilə müqayisədə nəzərdən keçirməyə çalışarkən bu narahatlıq  daha aydın olur", - deyə Ermine Mxitaryan bildirib.
Ekspert xatırladıb ki, inqilaba qədər  bir il yarım müddət ərzində  həmsədrlər regiona beş dəfə baş çəkiblər və bu müddət ərzində yalnız bir dəfə-2017-ci ilin iyununda "Qarabağ azərbaycanlı icması" ilə görüş keçirilib, Qarabağa isə 5 səfər zamanı dörd dəfə ziyarətlər olub .
Ermine Mxitaryanın sözlərinə görə, rəsmi Bakı  Ermənistanın yeni hakimiyyətinin Qondarma Qarabağın" danışıqlar masasına qayıtmalı olduğuna dair ilk bəyanatlarından məharətlə istifadə edib.
"Qarabağın danışıqlar masası arxasına qayıtması haqqında ədalətli tələbə cavab olaraq, Bakı "Qarabağ Azərbaycanlı İcması" nın iştirakı məsələsini irəli sürür və bununla da problemi icmalararası səviyyəyə qaldırmağa çalışır. Ermənistan tərəfi buna 2018-ci ildə kifayət qədər diqqət yetirməyib və indi də məhəl qoymamaqda davam edir, bunun nəticələri artıq ATƏT-in Minsk qrupunun bəyanatlarında nəzərə çarpır", - deyə Ermine Mxitaryan bildirib.
Muxalifet.az