"Danışanın səsini kəsirsiniz, ağzını bağlayırsınız" - SABİQ PREZİDENT HAKİMİYYƏTƏ QAYITMAQ İSTƏYİR?

Baxış sayı:
4126

İranın keçmiş prezidenti Əhmədi Necat etirazçılara dəstək göstərib. Publika.az xəbər verir ki, Necat prezident Həsən Ruhanini, Məhkəmə sədri İbrahim Rəisini və idarəetmə orqanlarını ittiham edib. İranda korrupsiyanın Ruhaninin hakimiyyəti dövründə 10 dəfə artdığını və xalqın yoxsulluğa, sanksiyalara dözmək məcburiyyətində qaldığını deyib: "Dövlətin başına nə bəla gətirdiniz? Danışanın səsini kəsirsiniz, ağzını bağlayırsınız. Onları aşağılayır və həqarət edirsiniz. Bu dövlət hər kəsindir. Siz bu ölkənin sahibisiniz? Çox açıq şəkildə deyirəm, xalq gedişatdan razı deyil, xüsusilə hökumətdən narazıdır". Qeyd edək ki, İranda benzinin üçqat bahalaşmasına qarşı 15 noyabrdan başlayaraq etiraz aksiyaları keçirilirdi. Son məlumatlara görə, nəticədə 115 nəfər ölüb.