Danimarkalı nazir: “MÜSƏLMANLAR RAMAZAN BOYU İŞLƏMƏSİN”

Baxış sayı:
9658

Danimarkada köçkün əleyhinə olan nazir Inger Stojberg, Müsəlmanların Ramazan ayında işləmələrinin hər kəs üçün təhlükəli olduğunu ifadə edərək işə ara vermələri lazım olduğunu irəli sürüb.
 
Mərkəz-sağ liberal partiya üzvü olan və ictimaiyyətdə miqrasiya əleyhinə fikirləri ilə tanınan miqrasiya və inteqrasiya naziri Inger Stojberg, Danimarkanın “BT” qəzetinə yazdığı bir yazıda, "Danimarka cəmiyyətinin geri qalanı üçün yarana biləcək mənfi nəticələrdən sığortalanmaq üçün, Müsəlmanlardan Ramazan ayı boyunca işlərindən ayrılmalarını istəyirəm" - deyib.
Oruc tutmağın təhlükəsizlik və məhsuldarlığa təsir göstərəcəyindən qorxduğunu qeyd edən nazir, 10 saat ərzində heç bir şey yeməyən bir avtobus sürücüsü üzərindən verdiyi nümunə ilə "Bu hamımız üçün təhlükəli ola bilər” deyib.
Nazir həmçinin, "1400 illik bir qaydaya tabe olmağı əmr edən bir dini rejimin 2018-də Danimarkada sahib olduğumuz cəmiyyət və əmək bazarına uyğun olub olmadığını maraq edirəm" deyə, bildirib.
Danimarka son 15 il ərzində ölkədəki miqrasiya siyasətlərini sıxlaşdıraraq, miqrantların əmək bazarına uyğunlaşmaq üçün ölkənin mədəniyyətini və dilini öyrənmələri lazım olduğu mövzusunda şərtlər ortaya qoyub.
Müxalifət.az