“Damlanın adı intim video ilə bağlı hallananda...” - Türkan Vəlizadə

Baxış sayı:
29515

Müğənni Türkan Vəlizadə “Hər şey daxil” verilişinin qonağı olub.

Musavat.com xəbər verir ki, ifaçı aparıcı Tolikin “Diqqətimi çəkdi, Damla sənin ad gününə gəlməmişdi” sualına belə cavab verib: “Damla ilə münasibətimiz yaxşıdır. Məlum videodakı qızın Damla olduğu iddia ediləndə mən ona dəstək oldum, mesaj yazdım, zəng etdim. Şükür Allaha ki, videodakı Damla deyildi, amma yalan da adama təsir edir. Mən onun yanında oldum. Doğum günümə dəvət etsəm də, gəlmədi. Bir təbrik mesajı da yazmadı. Allah onun da, prodüseri Şamilin də canını sağ eləsin”.

Tolik isə Damlanın əvvəlki duet ortağı Pərviz Bülbülənin hazırda Türkan ilə işlədiyi üçün belə addım atma ehtimalını səsləndirib.

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə yayılan intim videodakı qadının Damla olduğu iddia edilmişdi.