Damı təmir edərkən 2-ci mərtəbədən yıxıldı

Nəticədə o, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib
 
Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.
Ə.Qayıbov küçəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evinin damında təmir işi aparan 1981-ci il təvəllüdlü Atakişiyev Şəmistan Rafiq oğlu oradan yerə yıxılıb.
Nəticədə o, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.