Daha iki həkim koronavirusun qurbanı oldu - ONLAR BİZİM SAĞLAMLIĞIMIZ ÜÇÜN ÇALIŞIRDI...

Baxış sayı:
1806

Koronavirusla mübarizədə iştirak edən daha iki həkim virusun qurbanı olub.
 
Muxalifet.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
 
Qeyd olunub ki, 8 saylı Şəhər poliklinikasının həkim-terapevti Həbibə Nəzərova və M.Ə. Əfəndiyev  adına 2 nömrəli  Şəhər klinik xəstəxanasının həkim-terapevti İntizar Məmmədova koronavirusla mübarizənin ön cəbhəsində dayanan həkimlərdən olub: "Hər iki həmkarımız yüzlərlə koronaviruslu xəstəyə yenidən həyat bəxş edib. Lakin çox təəssüf ki, özləri də bu amansız xəstəliyin qurbanına çevrilərək həyatlarını itiriblər. 
 
Dəyərli həkimlərimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk".