Daha çox pul müqabilində FRANSA İRANI "SATDI"

Körfəz turuna səfərə çıxan Fransa prezidenti Makron, İrana sanksiya tətbiq oluna biləcəyini söyləyərək, Tehranı üzü üstə buraxıb.
 
Makron, ölkəsinin iki döyüş gəmisi satdığı BƏƏ-də Fransız Luvr Muzeyi də açıb. BƏƏ, təkcə muzeyin ad haqqı üçün Fransaya 525 milyon dollar ödəyəcək. BƏƏ-dən Səudiyyə Ərəbistanına keçən Makron, Tehran qarşısında ər-Riyad hakimiyyətinə tam dəstək verib.
Qərb ölkələrinin İranla razılığa gəldiyi nüvə sazişini müdafiə edərək sanksiyaların qalxmasını dəstəkləyən Fransa prezidenti Emmanuel Makron, Körfəz ölkələrindən aldığı daha çox pul qarşılığında mövqeyindən geri çəkilib. İsrailin Livana hücuma hazırlandığı iddiaları üzərinə Yaxın Şərq turuna çıxan Makronun, ilk dayanacağı Birləşmiş Ərəb Əmirliklərində olub. Burada Makron böyük pul “bəxşiş”lərini görüncə, əvvəlki mövqelərindən geri çəkilərək İran əleyhinə tezislərə güclü dəstək nümayiş etdirib və yeni sanksiya işarəti verib. Dubayda keçirdiyi mətbuat konfransında, "Yəməndəki Husilərin Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyada atdığı raketin İrana məxsus olduğunu açıq deyən Makron, bu vəziyyətin, İran ilə əldə olunan nüvə müqaviləsininnin dayandırılması zəruriliyini ortaya qoyduğunu söyləyib. Fransanın BƏƏ-nə iki döyüş gəmisi satdığını söyləyən Makron, İranın ballistik raket proqramının narahatlıq yaratdığını və İrana sanksiya tətbiq ediləcəyini bildirib. ABŞ Hərbi Hava Qüvvələrindən edilən bir açıqlama da ər-Riyad Hava Limanını hədəfə alan raketin İran mənşəli olduğu iddia edilib.
 
Makron 525 MİLYON DOLLAR MÜQABİLİNDƏ İRANI “SATDI”
 
 Makron, BƏƏ-nin paytaxtı Abu Dabidə Fransız Luvr Muzeyi də açdı. BƏƏ-nin sadəcə, ad haqqı üçün Fransaya 525 milyon dollarlıq böyük bir məbləğ ödəyəcəyi qeyd olunub. Makron, tikintisi 2007-ci ildə başlayan muzeyin açılışında, əsərin hər şeydə geri qalmamaq üçün bir mübarizə simvolu olduğunu qeyd etməklə, "Bizim üçün mədəniyyəti, təhsili və gözəlliyi dəstəkləməkdən daha təcili bir şey yoxdur" deyə, bildirib.
Müxalifət.az