Daha bir xarici jurnalist Qarabağa qanunsuz səfər edib

Daha bir xarici jurnalist Dağlıq Qarabağa qanunsuz səfər edib. Modern.az xəbər verir ki, fotojurnalist Emanuele Amigettinin məqaləsi və çəkdiyi fotolar Britaniyanın “Huck” jurnalında dərc olunub.
 
Fotojurnalist iyun-iyul aylarında regionda olub və aprel döyüşlərindən sonra Qarabağdakı erməni hərbçilərinin əhval-ruhiyyəsini əks etdirməyə çalışıb. Emanuele Amingettinin Azərbaycan XİN-nin icazəsi olmadan Dağlıq Qarabağa getdiyi bildirilir.