Daha bir təyyarə qəzaya uğradı: Göyərtəsində 83 sərnişin olub

Baxış sayı:
1435

Əfqanıstanda Qəndəhar şəhərindən Kabilə gedən “Ariana Afghan Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin Qəzni vilayətinin Deh Yak bölgəsində dağlıq əraziyə düşdüyü məlum olub.
 
Bu barədə “Haber 7” xəbər verib. Təyyarədə ən azı 83 nəfərin olduğu və hava gəmisinin yerə çırpıldıqdan sonra yandığı vurğulanıb.Faciənin səbəbləri hələ məlum deyil.
“Ariana News” isə təyyarənin Əfqanıstanın Herat şəhərindən Hindistanın Nyu-Dehli şəhərinə uçduğunu bildirib. Həmçinin, o da vurğulanır ki, göyərtədə 110 nəfər olub.“Ariana Afghan Airlines” “Facebook” səhifəsində şirkətə məxsus hava gəmilərinin qəzaya uğraması barədə xəbəri təkzib edib. Qəzni vilayətinin qubernatoru Arif Nuri yerli sakinlərin alov içində olan təyyarəni söndürməyə çalışdığını bildirib. Bununla belə o, təyyarənin sərnişin, yoxsa hərbi təyyarə olduğunun anlaşılmadığını vurğulayıb.