Daha bir təyyarə aeroportda qəzaya uğradı - Foto

Baxış sayı:
14161

“Biman Banqladeş Eyrleyns”ə məxsus “Bombardier Daş 8 Q400” sərnişin təyyarəsi Myanmanın Yanqon beynəlxalq hava limanına enişi zamanı qəzaya uğrayıb.
Muxalifet.az yerli mediaya istinadən xəbər verir ki, eniş zamanı pilot idarəetməni itirib və nəticədə təyyarə eniş-uçuş zolağından çıxıb.
Hadisə nəticəsində göyərtədə olan 31 sərnişindən 19-u xəsarət alıb.
Onların arasında Banqladeş, Myanma, Çin, Kanada, Fransa və İsveçrə vətəndaşları var.