Daha bir TV rəhbəri vəzifəsindən azad olundu

 
Onun səlahiyyətləri baş direktorun müavininə həvalə edilib
"ARB Kəpəz" Müstəqil Teleradio Şirkətinin rəhbəri vəzifəzindən azad olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, teleşirkətin baş direktoru Fuad Cabbarov işdən çıxarılıb.
Onun səlahiyyətləri baş direktorun müavini Nofəl Dərgahova həvalə edilib.
Məlumata görə, F.Cabbarova şirkətdə başqa vəzifə verilib.