​Daha bir televiziya kanalının rəhbərliyi dəyişir - Səhmlər satışa çıxarılacaq

Lider kanalının müflisləşmək üzrə olduğu və oktyabr ayında televiziyanın səhmlərinin satışa çıxarılacağı ilə bağlı məlumatlar yayılıb. 

Muxalifet.az  primetime.az-a istinadən xəbəır verir ki, hazırda vəziyyəti gərgin olan telekanalın işçiləri artıq 5 aydır ki, maaş almır. Kanal daxilində yayılan şaiələrə görə artıq Lider TV və Radio Azərbaycan MMC-nin prezidenti Ədalət Əliyev də vəzifəsindən gedib. Onun gələn həftənin birinci günündən postunu tərk edəcəyi deyilir. Bildirlir ki, artıq iki gündür Ə. Əliyevin əşyaları Lider TV-dən daşınır və onun şəhərdəki evinin qarajına yığılır. Hətta iddia olunur ki, artıq bu posta təyin olunacaq yeni rəhbər də müəyyənləşdirilib. Bu, "Antenn" Telerado Şirkətinin prezidenti Rüstəm Əliyevdir. Məsələ ilə bağlı kanalın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Sədan Bünyadova ilə əlaqə saxladıq. O, yayılanların həqiqəti əks etditmədiyini və Ədalət Əliyevin hazırda vəzifəsini davam etdirdiyini deyib.