Daha bir süpürgəçini maşın vurdu
1-01-2019 13:42
Baxış sayı:
2454
Gəncədə Təmizlik İdarəsinin işçisini avtomobil vurub.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Şəhər sakini, Təmizlik İdarəsinin işçisi, 1952-ci il təvəllüdlü Şərifova Gülçöhrə yolu süpürən zaman avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.