Daha bir Səudiyyə jurnalisti öldürüldü

Baxış sayı:
4855

“New Khaleej” xəbər saytının insan haqları aktvistlərinə əsaslandırdığı xəbərində, Səudiyyə jurnalisti və yazıçı Turku Bin Əbdüləziz Al-Jasserin həbs nəzarətində olarkən işgəncədən həyatını itirdiyi bildirilib.
 
Qeyd edək ki, Al Jasser, Səudiyyə orqanları tərəfindən, Səudiyyə rəsmiləri və kral ailəsinin törətdiyi insan haqları pozuntularını ifşa edən Twitter hesabı “Kashkool”u idarə etməklə təqsirləndirərək mart ayında saxlanılıb.
 
Casuslar sayəsində müəyyənləşdirilib
 
“Middle East Monitor”-un bildirdiyinə görə, Səudiyyə rəsmiləri, Twitter-dəki hesabın Al-Jasser olduğunu, Twitter-in Dubayda yerləşən ofisindəki casusları sayəsində müəyyən edib.
Xəbərdə adı çəkilməyən mənbələrin verdiyi məlumatlara görə, bu casuslar Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın keçmiş sosial media müşaviri Səud El-Kahtani tərəfindən yaradılan Səudiyyə Kiber Ordusunun bir hissəsi kimi qəbul edilir.
Qeyd edək ki, Səud El-Kahtani sosial media hesabından yayımladığı mesajda, Twitter-dəki saxta profillərin arxasındakı əsl şəxsləri Səudiyyə rəsmilərindən gizli qalmayacağını demişdi.
Xatırladaq ki,Səud El Kahtani, Qaşıqçı cinayətini törədən 15 nəfərlik sui qəsd qrupunu təşkil və rəhbərlik edən şəxsdir.
Müxalifət.az