​DAHA BİR ŞOK: Məşhur azərbaycanlı rəqqasə ailəli kişi ilə... - FOTO

Baxış sayı:
1606

13 illik əri Elçin Nəcəfovun müğənni Aysel Əlizadə tərəfindən əlindən alındığını iddia edən Turanə Nəcəfovanın məşhur qadınların ailələrini dağıtdığı qadınlara müraciəti təsirsiz ötüşməyib.
"Səni axtarıram"ın aparıcısı Xoşqədəm Hidayətqızı daha bir şou-biznes nümayəndəsinin ailə dağıtdığı faktı ilə qarşılaşdığını bildirib.
Aparıcı həmin məşhurun rəqqasə olduğunu sözlərinə əlavə edib:
"Mən özümə söz vermişəm ki, ailə dağıdan məşhurların hamısının adını bir-bir açıqlayacam. Bir nəfər də rəqqasə birinin ailəsini dağıdıb. O da birinin bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurub. Şou-biznes əhlinin içərisində namuslu, qeyrətli, öz zəhməti ilə dolananlar da var. Mənə heç kim heç kimi tapşırtdıra bilməz. Mənim biznesim də, restoranım da "Səni axtarıram"dır. Bu çou-biznes məsələsini açmışam. Nə qədər ailələr dağılıbdır. Başa düşmürəm, kişi sənə gəlib təklif edəndə ki, gəl yol gedək. Sən görmürsən bu kişinin ailəsi var? Həmin kişiyə de ki, get ailənlə məşğul ol. Yaxşı kişi uşağını atmaz! İndi bir rəqqasə haqda yazıblar ki, Xoşqədəm xanım, onu rəzil edin. O filankəsin ailəsini belə dağıtdı, başna bu oyunları açdı. Mən də açacam. Çünki biz onların iç üzünü açmasaq, onlar gəlib bizə dərs keçəcəklər"./milli.az