Daha bir şəhid atası Kılıçdaroğlunu rədd etdi

Baxış sayı:
7534

Türkiyə-İraq sərhədində 4 gün əvvəl əməliyyat zamanı terrorçularla çıxan qarşıdurmada şəhid olan dörd əsgərdən biri olan Şövkət Çətinin atası Doğan Çətin, CHP sədri Kamal Kılıçdaroğlunun cənazə mərasiminə gəlməsini istəmədiklərini bildirərək "Gəlmə, deyildiyi yerdə, tələb olunmadığı yerdə nə işi var onun burada. Həm sən satqınların yanında duracaqsan, həm də gələcəksən mənə baş sağılığı diləyəcəksən. Bir halda ki, qardaşıq yanımda dimdik durmaqdır, Türkiyə Cümhuriyyətinin komandirinin yanında dimdik durması lazımdır. Yoxsa, terrorçularla qol-qola ol, sonra bizə gəl başsağlığı ver. Bunlar sənin dövlətini parçalamağa çalışır, sən də gedib onların yanında olursan. Orada nə işin var sənin. Birlik, bərabərlik lazımdır, siyasətdə də birlik lazımdır. Onlar ayrılıq arxasınca, biz də birlik ardınca gedirik" deyə etirazını dilə gətirib.
Müxalifət.az