Daha bir qalmaqal: Avropa Əsədə KİMYƏVİ SİLAH DƏSTƏYİ VERİB

Baxış sayı:
4876

Belçikada üç şirkətin, lazımi icazələri almadan Suriyaya kimyəvi silah istehsalında istifadə ediləcək yasaqlı kimyəvi maddə ixrac etdiyi iddia edilib.
 
Belçikanın aparıcı “Knack” jurnalının xəbərinə görə, Belçika gömrük rəsmiləri üç şirkət haqqında cinayət işi elan edib.
Suriyaya lazımi icazələri almadan 2014-2016-ci illərdə yüklü kimyəvi maddə ixrac olunan üç Flaman şirkət haqqında Anvers Cəza Məhkəməsində cinayət işi açılıb. İlk məhkəmə iclasının 15 mayda həyata keçirilməsi planlaşdırılır.
Belçikadan Suriyaya kimyəvi maddə ixrac etmək üçün 2013-cü ildən bu yana ixrac icazəsi alınması lazımdır. Jurnalın xəbərində, 2014-2016-cı illərdə üç Flaman şirkətin icazə almadan Suriyaya 24 dəfə kimyəvi maddə daşıdığı irəli sürülüb.
Bu ixraclarda sarın qazının düzəldilməsində istifadə edilən izopropanolın də yer aldığı bildirilən xəbərdə, bütövlükdə Belçikadan Suriyaya 168 ton izopren spirti, 219 ton aseton, 77 ton metanol və 21 ton diklorometanın ixrac edildiyi qeyd edilib.
Şirkət rəsmiləri isə icazə alması lazım olduğunu bilmədiklərini, ixracı çox uzun illər tanıdıqları "tərəfdaşlarına" etdiklərini və bu adamların isə hər hansı bir qadağa siyahısında olmadığını bildirib.
Bu barədə 2013-ci ildə Kimyəvi Silahlar Konvensiyasına üzv olan Suriyanın bütün izopren spirti anbarını məhv etməsi tələb edilmişdi. Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) isə Suriyanın 133 ton izopropanolu məhv etdiyini bildirmişdi.
Müxalifət.az