Daha bir özəl klinikada ölüm - ƏMƏLİYYATDAN SONRA

Baxış sayı:
583

Bakıda klinikada ölüm hadisəsi baş verib.

Muxalifet.az trend-ə istinadən xəbər verir ki, hadisə "Elmed" Klinikasında baş verib.

1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə "Elmed" Klinikasına daxil olub və əməliyyata götürülüb.

H.Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizasına təqdim edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, Elmed klinikası bundan əvvəl Faytonçu Nazımin yanlış müalicəsi ilə gündəmə gəlmiş və bu proses məhkəməyə qədər gedib çıxmışdı.