Daha bir ölkədən Türk Lirəsi qərarı – DOLLARDAN İMTİNA

Baxış sayı:
445

Belarusun Ankaradakı səfiri Andrey Savinyuk, "Biz, Türk lirəsi və Belarus rubluna keçmək istəyirik" deyib.
 
Türkiyə ilə Belarusun fəal iqtisadi əlaqəyə malik olduğunu deyən Savinyuk, "Türkiyə və Belarus bundan sonra iki ölkə arasında həyata keçiriləcək ticarətdə öz valyutalarına keçmək istəyir. Bu dəyişiklik, ticari əlaqələrə müsbət olaraq əks olunacaqdır. Biz, Türk lirəsi və Belarus rubluna keçmək istəyirik" deyə, söyləyib.
Savinyuk, Belaruslu rəsmilərdən verilən statistikalara görə, 2018-in ilk rübündə iki ölkə arasında ticarət dövriyyəsinin 530 milyon dollara çatdığını, il sonunda bu rəqəmin bir milyard dollara çatmasını gözlədiklərini ifadə edib.
İki ölkə arasında inkişaf etmiş bir biznes model yaratmaq üçün gömrük problemləri, nəqliyyat xərcləri və vergi problemlərinin ortadan qaldırılması lazım olduğunu bildirən Savinyuk, daha sürətli və ucuz nəqliyyat sisteminin iki ölkənin əsas ehtiyacı olduğunu deyib.
Müxalifət.az