​Daha bir ölkə "Türk axını"na qoşulur? - Putinin səfəri

Baxış sayı:
229

Serbiya gələn ilin yanvarında "Türk axını" layihəsinə qoşula bilər.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov deyib.
O, Rusiya Prezidenti Vladimir Putinin yanvarda Serbiyaya səfəri zamanı tərəflər arasında razılaşma imzalana biləcəyini söyləyib:
“Türk axını" məsələsində hərəkət etdiyimiz yol xəritəsi var. Təbii qaz boru xəttinin ikinci qolunun Bolqarıstan, Serbiya üzərindən Macarıstana və daha sonra Avstriyaya qədər davam etdirilməsini nəzərdə tutan alternativlərdən birinin tətbiq edilməsi məsələsi üçün hər formada dəstək göstərməyə hazırıq”.
Qeyd edək ki, "Türk axını" layihəsi 15,75 kubmetr həcmində təbii qaz olan 2 ayrı xəttdən ibarət olacaq. Bu xətlərdən biri Türkiyə bazarının ehtiyaclarını qarşılayacaq, digəri isə cənub və cənub-şərqi Avropadakı istehlakçılara daşınmanı təmin edəcək.