Daha bir ölkə Səudiyyəyə embarqo qoydu

Baxış sayı:
1303

Norveç, Yəməndə Husilərlə döyüşən koalisiya qüvvələrinə başçılıq edən Səudiyyə Ərəbistanına silah və hərbi sursat ixracını dayandırdığını bildirib.
 
Bu yöndə Norveçin xarici işlər naziri Ine Eriksen Soreide, ölkəsinin dövlət televiziyası NRK-yə açıqlama verərkən bildirib.
Səudiyyə Ərəbistanı haqqındakı son proseslərə diqqəti çəkən Soreide, "Yəməndəki müharibənin gəldiyi son vəziyyəti də göz önünə alaraq, Səudiyyə Ərəbistanına bütün müdafiə sənayesi ilə bağlı silah və sursat ixracı üçün yeni lisenziya verməyəcəyik" deyə söyləyib.
 
Camal Qaşıqçı sualına cavab vermədi
 
Norveçin Səudiyyə Ərəbistanına silah ixracını dayandırmasının Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayəti ilə bağlı olub olmadığı sualına isə Soreide, bu barədə şərh verməkdən çəkinib.
 
Almaniya da dayandırdı
 
Qeyd edək ki, Almaniya da keçən ay, Qaşıqçı cinayətinin nəticəsi ortaya çıxana qədər Səudiyyə Ərəbistanına bütün hərbi ixracı dayandırdığını açıqlamışdı.
Müxalifət.az