Daha bir ölkə SƏFİRLİYİNİ QÜDSƏ KÖÇÜRƏCƏK

Baxış sayı:
6037

İsrailin Xarici İşlər Nazirliyi, Paraqvayın ABŞ prezidenti Donald Trampın ardınca gedərək bu ay ərzində səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcəyini bildirib. Paraqvay Xarici İşlər Nazirliyi isə xəbəri təsdiqləmək əvəzinə mövzu ilə bağlı yekun qərarın hələ verilmədiyini bildirib.
 
İsrail XİN-dən Emmanuel Nahşonun etdiyi açıqlamada, "Paraqvay dövlət başçısı Horcio Cartes, may ayının sonunda Qüdsdə bir səfirlik açmaq üçün İsrailə gəlməyi planlaşdırır" deyə, bildirilib.
Lakin bu iddianı təsdiq etməyən Paraqvay Xarici İşlər Nazirliyi, bu istiqamətdə bir qərarın hələ qəbul olunmadığını açıqlayıb.
Qeyd edək ki, ötən aprel ayında Paraqvay dövlət başçısı Horacio Cartes, ölkəsinin səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyə hazır olduğunu dilə gətirmişdi.
Müxalifət.az