​Daha bir ölkə ABŞ-a qarşı çıxdı: İrana idxal…

Baxış sayı:
3454

Hindistan dövlət neft emalı müəssisələrinə Tehrana məxsus tankerlərdən İran neftinin idxalına izn verib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Röyter” agentliyi yayıb. Rəsmi Dehli bu addımı ölkənin ən böyük yük daşıyıcısı “Shipping Corp of India” şirkətinin ABŞ sanksiyalarına görə, İranla bütün əlaqələri dayandırmasından sonra atıb.
Dehli bununla Çinin bir müddət öncəki atdığı addımı təkrarlamış olub. Nəticədə İran neftinin idxalı işi yalnız İran Milli Tanker İttifaqının üzərində qalıb.
Qeyd edək ki, noyabrda İrana qarşı ABŞ sanksiyalarının ikinci hissəsi qüvvəyə minəcək. Bu sanksiyalara əsasən, ABŞ İranın neft sektoruna sanksiyalar tətbiq edəcək və sanksiyalar İrandan neft idxal edən ölkələrə də aid ediləcək.