Daha bir müsəlman ölkəsi Ermənistanın yanında – Nazirlər danışdı/VİDEO

Baxış sayı:
2245

Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan livanlı həmkarı Nasif Hitti ilə telefonda danışıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və gücləndirilməsi yolları barədə fikir mübadiləsi aparılıb. Beynəlxalq əməkdaşlıq və qarşılıqlı yardımın rolunun əhəmiyyəti qeyd edilib.

Ermənistan və Livan xarici işlər orqanlarının rəhbərləri beynəlxalq və regional gündəmdəki bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Mnatsakanyan regional sülh və təhlükəsizlik məsələlərinə toxunaraq, həmkarına Ermənistanın bu məsələlərə işğalçı mövqeyini təqdim edib.

Əlavə edək ki, Livan qondarma erməni soyqırımını tanıyan iki müsəlman ölkəsindən (Suriya) biridir. Bir sıra hallarda dövlət rəsmilərinin Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə işğalçının mövqeyindən çıxış edən Livanın hökumət və parlamentində yüksək vəzifələr tutan xeyli sayda erməni var./Teleqraf.com