Daha bir kruiz gəmisində kütləvi xəstəlik: 345 nəfər virusa yoluxdu

Baxış sayı:
2977

ABŞ-da Fort-Loderdeyldən Cənubi Floridaya gedən kruiz gəmisi “Caribbean Princess”də 345 sərnişin xəstəliyə tutulub.
NBC-nin yaydığı xəbərə görə, bu “Princess” şirkətinə məxsus gəmidə baş verən ikinci hadisədir.
Bildirilir ki, gəmi dörd min sərnişinlə fevralın 2-də iki həftəlik səyahətə çıxıb.Sərnişinlərin xəstəliyə tutulması səbəbindən gəmi üç gün tez qayıdıb.“Koronavirus mənşəli mədə-bağırsaq infeksiyası” olduğu təxmin edilən xəstəliyin hələlik dəqiq səbəbi bilinmir.Xatırladaq ki, Yaponiyanın Yokohama şəhəri yaxınlığında karantində saxlanılan, şirkətə məxsus digər gəmidə  - “Diamond Princess”də koronavirusa yoluxanların sayı 218 nəfərə çatıb.