Daha bir jurnalist Prokurorluğa çağrıldı

İyulun 7-də müstəqil jurnalist İslam Şıxəli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib.
 
Prokurorluqdan çıxdıqdan sonra o açıqlamasında jurnalist Əfqan Muxtarlı barəsində açılan cinayət işində şahid qismində dindirildiyini söyləyib:
“Suallar jurnalist Əfqan Muxtarlı və “Meydan” TV İnternet resursun fəaliyyəti üzrə açılmış cinayət işilə bağlı idi. Meydan TV ilə əlaqəmin olmadığını söylədim. Qalan suallarını da müvafiq olaraq cavablandırdım”.
Ötən həftə vəkil Elçin Sadıqov Ə.Muxtarlının işinin Meydan TV-nin cinayət işi ilə birləşdirildiyini açıqlamışdı.