​Daha bir jurnalist öldürüldü: Səudiyyə Ərəbistanında...

Baxış sayı:
12571

Jurnalist və yazıçı Türki ibn Əbdül Əziz əl-Kasser Səudiyyə Ərəbistanında işgəncə ilə öldürülüb.
Muxalifet.az xəbər verir ki, bununla bağlı “New Khaleej” hüquq-mühafizə orqanlarına istinadla məlumat verib.
Bildirilib ki, jurnalist Camal Qaşıqçının qətlindən bir ay sonra həbsxanada qətlə yetirilib.
Əl-Kasser 2017-ci ilin martında Tvitter hesabındakı paylaşımına görə həbs olunub. O, paylaşımında kral ailəsinin üzvləri tərəfindən insan haqlarının pozulmasını tənqid etmişdi. O, səudiyyəli casuslar tərəfindən Tvitterin Dubaydakı ofisində yaxalanmışdı.