​Daha bir hərbi karvan Suriya sərhədində

Baxış sayı:
2803

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriya sərhədindəki əsgərlərə yardım məqsədi ilə göndərdiyi tank və əsgərlərdən ibarət hərbi karvan Hataya çatıb.
Muxalifet.az xəbər verir ki, hərbi karvan Hatayın Hassa mahalından keçib. Hərbi maşınlar daha sonra Suriya sərhədinə göndərilib.
Qeyd edək ki, Tehran zirvəsində İdliblə bağlı konkret nəticənin əldə edilməməsindən sonra Türkiyə sərhəd xəttini gücləndirməyə başlayıb. Artıq bir neçə gündür ki, zirehli texnikalar sərhədə yeridilir.