Daha bir güləşçimiz qızıl medal qazandı - Yenilənib

Baxış sayı:
3295

Avropa Gənclər Olimpiya Festivalının yunan-Roma güləşi üzrə yarışlarda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov finalda qələbə qazanaraq komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb.
Güləşçimiz finalda rusiyalı Maqomed Gigiyev üzərində 7:0 hesablı qələbə qazanaraq festivalın qalibi olub.

***

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib. 
Azvision.az -ın məlumatına görə, 48 kq çəkidə güləşən idmançımız həlledici görüşdə Xviça Abuladze ilə (Gürcüstan) qarşılaşıb. Qarşılaşmada qalib gələn Qurbanov qızıl medal qazanıb. 
Bu gün Azərbaycanın daha 4 güləşçisi final, biri isə bürünc medal uğrunda görüşünə çıxacaq. 
Qeyd edək ki, ilk yarış günüdə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medal əldə edib.