DAHA BİR DÖYÜŞÇÜ İNTİHAR ETDİ - Müdafiə Nazirliyi: "Psixoloji gərginlik yaşayıb" / YENİLƏNİB

Baxış sayı:
1477

“Əsgər Yunis Mənsurovun intihar etməsi ilə bağlı məlumatı təsdiq edirik”. 

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Baku TV intihar edən əsgər Yunis Mənsurov haqqında yeni məlumatlar əldə edib. Bildirilir ki, 44 günlük Vətən müharibəsindən sağ-salamat qayıdan Y.Mənsurov Sulutəpədə yerləşən Çiçək qəsəbəsinin sakini olub. Əslən Xızıdan olan 24 yaşlı əsgər dekabrın 30-da ordu sıralarından tərxis olunub.

İki gün öncə intihar edən əsgər psixoloji problemlərdən əziyyət çəkib və gəldiyi gündən ancaq müharibədə baş verənləri sayıqlayıb.