Daha bir deputat koronavirusa yoluxdu - İRANDA

Baxış sayı:
3780

İran parlamentinin deputatı Məhəmməd Mehdi Zahidi koronavirusa yoluxub.
“RİA Novosti” bildirir ki, koronavirus aşkarlanan deputat Tehrandakı xəstəxanalardan birinə yerləşdirilib və vəziyyəti getdikcə yaxşılaşır.
Qeyd edək ki, may ayında İran parlamentinin koronavirusa yoluxan iki deputatı vəfat edib. İndiyədək 20-dən çox deputatda koronavirusa yoluxma aşkarlanıb.  Bu ölkədə COVID-19-a yoluxanların sayı 204 952 nəfərdir. 9623 nəfər vəfat edib. 163 591 nəfər sağalıb./apa