Daha bir bağçada zorakılıq — Gəncədə körpəyə dağ çəkdilər + FOTO
22-06-2018 23:56
Baxış sayı:
5464
Daha bir körpəyə qarşı amansız davranış barədə məlumat yayılıb.
Muxalifet..az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Gəncədə 31 saylı uşaq evində 1 yaş 6 aylıq Saranın üzünə dağ çəkilib.
Onun uşaq evinin müəllimi olan Gülnarə adlı qadın tərəfindən şiddətə məruz qaldığı bildirilir.
Yayılan məlumata görə, ekspertiza bunu təsdiqləsə də, bağça rəhbərliyi bunun yalan olduğunu iddia edir.
Məsələni diqqətdə saxlayacağıq.