​Daha bir aparıcı “Space”dən getdi

"Space" telekanalını daha bir aparıcı tərk edib.
Ölkə.az-ın məlumatına görə, Aysel Mürsəliyeva telekanalla iş birliyinə son qoyub. Bildirilir ki, rəhbərlik onun fəaliyyətindən narazı qaldığını dilə gətirib. Bu isə Mürsəliyevanın xoşuna gəlməyib.
Mənbənin dediyinə görə, Mürsəliyeva ilə rəhbərlik arasında yaranan mübahisədən sonra o, işdən çıxmaqla bağlı ərizə yazıb.