"Daha Avroliqada da oynamağımız asan deyil" - Terim

Baxış sayı:
10582

"İlk hissədə yaxşı oynadıq. Qol epizodları yaratdıq. Bunlardan birini dəyərləndirə bilsəydik, hər şey fərqli ola bilərdi. Amma hesabda geri düşdük. Hava soyuq idi, qar yağırdı. Ancaq bəhanə tapmağa ehtiyac yoxdur. Qol vurulana qədər yaxşı oynadıq, qoldan sonra isə yox".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Lokomotiv"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"İkinci qoldan sonra qələbə qazanmaq şansımız yox idi. "Lokomotiv" bizdən daha yaxşı oynadı. Məğlub olduğumuz üçün məyusuq. İnşallah, Avropa Liqasında oynayarıq.Amma daha o da asan deyil" - deyə o bildirib.